Okeanlar haqqında məlumat Şimal yarımkürəsinin 60,7 %-ni, cənub yarımkürəsinin isə 80,9 %-ni okean və dənizlər tutur. Dünya okeanının orta dərinliyi 3794 m, maksimal dərinliyi 11022 m-dir (Marian çökəkliyi). Sahil xətləri, dib relyefi, temperatur və duzluluğun paylanması, cərəyanlar sistemi və s. xüsusiyyətlərinə görə Dünya okeanı 4 hissə ayrılır: Sakit okean — sahəsi 179 mln. km², orta dərinliyi 3957 m, maksimal dərinliyi 11022 m (Marian çökəkliyi). Ən böyük, ən enli, ən isti, ən dərin okeandır. Beş materiklə əhatə olunur, dörd yarımkürədə yerləşir. Atlantik okean — sahəsi 92 mln. km², orta dərinliyi 3602 m, maksimal dərinliyi 8742 m (Puerto-Riko çökəkliyi). Ən uzun (Şimaldan-cənuba), ən duzlu okeandır. Bütün coğrafi qurşaqlarda yerləşir. Beş materiklə əhatə olunur, dörd yarımkürədə yerləşir. Hind okeanı — sahəsi 76 mln. km², orta dərinliyi 3736 m, maksimal dərinliyi 7729 m (Zond çökəkliyi). Dörd materiklə əhatə olunur, üç yarımkürədə(şimal, cənub və şərq)yerləşir. Şimal Buzlu okean — sahəsi 14 mln. km² , orta dərinliyi 1131 m, maksimal dərinliyi 5527 m (Qrenlandiya dənizi). Ən kiçik, ən soyuq, ən dayaz okeandır. Bütün coğrafi uzunluqlarda yerləşir. İki materiklə əhatə olunur, üç yarımkürədə(şərq, qərb və şimal) yerləşir. Dünya okeanın tərkibinə dənizlər, körfəzlər, boğazlar və s. daxildir.
Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanını səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 m²) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçdülər. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir. Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.