Avstraliya

Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.

Kəşf edilməsi 1605-ci ildə Avstraliyanın kəşfi üçün üç gəmidən ibarət ekspedisiya təşkil edilmişdir. Avstraliyanın Kolumbu adlandırılan Petro de-Kiros ekspedisiyanın rəisi təyin edilmişdir. Sakit okeana daxil olmaqla Santa-Krus adalar qrupuna çatır. Cənuba doğru üzməklə dağlıq relyefə malik olan sıx meşəli, qara dərili insanlarla məskunlaşmış böyük bir ada ilə üzləşir. Bu ada Kiros tərəfindən "Müqəddəs Ruhlar Avstraliyası" adlandırılır və Avstraliyanı kəşf etdiyini düşünərək, digər iki gəmidən gizli olaraq Peruya qayıdır. Məqsəd Avstraliyanın kəşfi haqqında ispan hakimiyyətinə birinci xəbər verməklə həmin torpaqlarda idarəetmə hüququ qazanmaq idi. İspan dənizçisi Luis Baes de-Torres 1606-cı ildə Yeni Qvineyanın cənub sahillərinə yanaşmaqla, öz adına olan Torres boğazını kəşf edir. Torres boğazından cənubda yerləşmiş torpağın ucqar nöqtəsini, hazırkı York burnunu görür. Bu çoxdan axtarılan həqiqi Avstraliya idi. Torreslə qısa vaxt fərqi olmaqla boğazdan keçən səyyah Villem Yanszon (Yanc) adlı Holland dənizçisi Keyp-York yarımadasının qərb sahillərini xəritə üzərinə köçürmüşdür. Beləliklə, XVII əsrin əvvəllərində materikin şimal sahilləri müəyyən edildi. Lakin materikin cənubu haqqında dəqiq məlumat olmadığından tədqiqata ehtiyacı vardır. 1814-cü ildə ingilis dəniz səyyahı M.Flinders qitəyə Terra Avstralis "Cənub torpağı" adını verməyi təklif edir. Sonralar isə materik ikinci söz saxlanmaqla Avstraliya adlandırılmışdır. Torres Flippin adalarında olarkən ispan hökumətinə bu haqda xəbər verməklə 1607-ci ildə hesabat yazır. İspan hökuməti materikin kəşfini 150 il məxfi saxlayır. Lakin Flippinin hazırkı paytaxtı Manila ingilislər tərəfindən tutulduqdan sonra arxivdən Torresin verdiyi məlumat tapılır və Ceyms Kuk boğazdan ikinci olaraq keçəndən sonra materik haqqında məlumatlar mətbuatda çap edilir. Materik Avraam Ortelinin xəritəsində cənubdan cənub qütbü ilə birləşmiş şəkildə göstərildiyindən bunun həqiqətə uyğun olub-olmadığı məsələsi həll olunmamış qalmaqda idi. Qaranlıq qalmış bu problem isə 1642-ci ildə Hollandiyalı dənizçi Abel Tasman tərəfindən həll edildi. O, 1642-1643-cü illərdə Avstraliyanın cənubundan keçməklə Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi, materikin müstəqil olmasını müəyyənləşdirdi.[2] Lakin, yeni Zelandiyanı Antraktidanın bir hissəsi kimi qəbul etməklə böyük bir səhvə yol verdi. Abel Tasmanın tədqiqat işləri bununla da başa çatmış oldu. Çünki holland tacirlərini tədqiqat işləri deyil, əlverişli ticarət yolları maraqlandırırdı. Bu baxımdan tacirlər üçün ekspedisiyanın nəticələri əlverişli olmadığından ekspedisiyanın maliyyələşdirilməsi dayandırıldı. Hollandlar Avstraliyadan heç bir gəlir əldə etməsələr də onunla əlaqələri davam etdirdilər. 1648-ci ildə Petradan Melvil adalarına qədər, 1678-ci ildə şimal-qərb sahillərini öyrənməklə xəritəyə köçürdülər.