Şimali Amerika

Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m). Ölüm dərəsi Kaliforniyada yerləşir. Ən ucqar nöqtəsi şimalda Merçison, cənubda Maryato, şərqdə Sent-Çarlz, qərbdə Uels şahzadəsi burnudur. Materikin ilk

Materikin ilk kəşfi 1750-ci ildən tarixi "Amerikanın kəşfi" deyəndə ilk növbədə Şimali Amerikanın kəşfi nəzərdə tutulur. Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30–40 min il bundan əvvəl asiyalılar gəlmişlər. O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar. Sonradan isə onlar cənub istiqamətində yayılmışlar. Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinqlər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar, lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tərəfindən fəthi kimi qiymətləndirmək olmaz. Amerikanın əsl fəthi yalnız Ameriqo Vespuççi Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur. XVIII əsrin ortalarında Şimali Amerikanın ərazisi üç Avropa dövləti olan Böyük Britaniya, Fransa və İspaniya arasında bölüşdürülmüşdü. Ən böyük əraziyə İspaniya malik idi, lakin britaniyalılar daha çox əhaliyə malik koloniyalara sahib idi. Corciyadan tutmuş Nova Skotiyayadək Britaniya koloniyalarında o vaxt təxminən 2 milyona yaxın ağ dərili adam yaşayırdı. Əhali başlıca olaraq ingilislərdən ibarət idi, onlardan başqa şotlandlar, irlandlar, hollandlar, almanlar, fransızlar və isveçlilər də Şimali Amerikadakı Britaniya koloniyalarında yaşayırdılar. 40 min əhalisi olan Filadelfiya o vaxt Britaniya İmperiyasının ikinci ən böyük şəhəri idi. Koloniyalar əhalisinə görə ana vətəndəki iri məhəllələrə bənzəyən qruplardan ibarət idi. 1754-cü ildə Britaniya hökuməti Nyu Yorkdakı Albani şəhərində fransızlara qarşı gözlənilən müharibədə koloniyaların birliyini təmin etmək ümidi ilə konqres çağırdı. Materikin relyefi Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şimali Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. Bu düzənliklərin üzəri qədim dövrlərdə buzlaşmaya məruz qalmışdı. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşmışdir. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşir. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşir. Bu dağlar qədim olduğundan hündür deyildir. Appalaçın ən uca zirvəsi Mitçell dağıdır (2237 m). Materikin qərb sahilləri boyu Kordilyer dağları uzanır . Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şimali Amerika tavalarının toqquşduğu ərazidə yerləşir. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası). Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şimali Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6194 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şimali Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-86 m).